“Brayton”un futbolçusu Ceyms Milner İngiltərə Premyer Liqasında 632-ci matçına çıxıb.
Apasport.az xəbər verir ki, o, "Vest Hem"lə görüşdə (0:0) start heyətində yer alıb. Təcrübəli yarımmüdafiəçi bununla da, turnirdə keçirilən oyunların sayına görə ikinci yerə yüksəlib.
Bu göstəricidə o, “Mançester Yunayted”in əfsanəsi Rayan Qiqqsə çatıb. Yarışın rekordu "Mançeseter Siti"nin sabiq oyunçusu Qaret Berriyə məxsusdur - 653 matç.
Qeyd edək ki, Milner Premyer Liqada "Lids", "Nyukasl", "Aston Villa", "Mançester Siti" və "Liverpul" kimi komandaların şərəfini qoruyub. O, 55 qol vurub və 61 məhsuldar ötürmə verib.
- Bəxtiyar Musayev: “Sabah" yaranandan bəri əlcək kimi məşqçi dəyişib”
- "Omoniya"nın futbolçusu: "Qarabağ" əməlli-başlı digərlərindən öndədir"
- "Spartak" "Qalatasaray"ın müdafiəçisini istəyir: DANIŞIQLAR DAVAM EDİR
- Diniyev oynadı, komandası məğlub oldu
- "CBC Sport"un baş redaktoru: "I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq"