İngiltərə millisinin üzvü "Əl-Əhli"nin hədəfində
10.06.2025 - 08:12
"Nottinqem Forest"in yarımmüdafiəçisi Morqan Qibbs-Uayt karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Əl-Əhli" ingilis futbolçunu yay üçün prioritet transfer hədəfi kimi müəyyənləşdirib.
Lakin İngiltərə millisinin üzvünün klubunu dəyişmək qərarına gəlsə belə, Avropada qalacağı gözlənilir.
"Transfermarkt" Morqan Qibbsin transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
İngilis yarımmüdafiəçinin "Nottinqem Forest"lə 2027-ci ilin ortalarına qədər müqaviləsi var.
- AFFA rəsmiləri Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
- Bruno Fernandeşin gələcəyi yayda müəyyənləşəcək
- Ronaldonun komandası baş məşqçisi ilə yollarını ayırıb
- Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq"
- Sarandan Tedeskoya: "İstəmədiyin futbolçunu almayacağıq"
0
0