PSJ-nin baş məşqçisi Luis Enrike Əşrəf Hakiminin Qitələrarası Kubokda mümkün iştirakı ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Braziliyanın “Flamenqo” klubuna qarşı keçiriləcək oyun öncəsi mərakeşli müdafiəçinin durumuna aydınlıq gətirib.
Luis Enrike futbolçunun hazırda meydana çıxmasının mümkün olmadığını bildirib:
“Əşrəf Hakimi hazırda zədəlidir və oynaya bilmir. O, sağalma prosesindədir və "Flamenqo" ilə oyunda meydana çıxa bilməyəcək”.
Qeyd edək ki, hazırda futbolçu PSJ-nin həkimi və fizioterapevtinin nəzarəti altındadır və onun həftənin sonuna qədər yaşıl meydanlara qayıtması ehtimal olunur.
- Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb
- "Bavariya"nın futbolçusu "Arsenal"la danışıqlar aparır
- "Ayaks" - "Qalatasaray" matçının hakimləri məlum olub
- "Real Madrid" illik 100 milyon avro dəyərində yeni müqavilə imzalaya bilər
- İstanbula səfər edən “Reyncers” azarkeşi yol qəzasında vəfat edib