“Trabzonspor”dan “Qalatasaray”a - Rəsmi
11.02.2025 - 22:03

Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Trabzonspor"dan Eren Elmalını heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Qalatasaray" 24 yaşlı sol cinah müdafiəçisi üçün 4 + 1,2 milyon avro ödəyəcək.
Qeyd edək ki, türkiyəli futbolçu bu mövsüm "Trabzonspor"un heyətində çıxış etdiyi 22 rəsmi matçda 1 assistlə yadda qalıb.
- Millimizin baş məşqçisi Yunanıstanda mükafatlandırıldı
- Millimizin baş məşqçisi: "İkinci görüşdə fərdi səhvlərə görə məğlub olduq"
- Qurban Qurbanov: "Gələn il daha yaxşı Juninyo görmək istəyirik"
- Millimizin üzvü oynamadı, komandası qalib gəldi
- Aygül Abdullayeva Belçika və Niderlandda ölkəmizi hakim kimi təmsil edəcək
0
0