“Arsenal”ı MOİK-ə dəyişir
02.04.2022 - 23:29
“Arsenal” mövsümün sonunda yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Mohamed El-Neni yayda Premyer Liqa klubunu tərk edəcək.
29 yaşlı misirli futbolçu London təmsilçisindən azad agent kimi ayrılacaq. Çünki o, mövsümün sonuna qədər olan müqaviləsini yeniləməmək qərarına gəlib. Həmçinin “topçular” da El-Neninin qalmasında maraqlı deyil. Onun xidmətində ən çox maraqlı olan klub Moskva MOİK-idir.
Qeyd edək ki, Mohamed El-Neni 2016-cı ildən “Arsenal”da çıxış edir.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0