“Barselona” “Çelsi”nin üç futbolçusunu heyətinə qatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, müdafiəçilər Sesar Aspilikueta və Antonio Rudiger, yarımmüdafiəçi Kristian Pulişiç İspaniya klubunun maraq dairəsinə düşüb.
32 yaşlı Aspilikueta ilə 28 yaşlı Rudigerin müqaviləsi yayda başa çatacaq. Hər iki oyunçu La Liqa təmsilçisinə azad agent kimi keçə bilər.
23 yaşlı Pulişiçin “Barselona”ya daha tez – qışda qoşulması gözlənilir. Daha çox oyun praktikası qazanmaq istəyən futbolçunun icarə əsasında klubunu dəyişməsi mümkündür.
Qeyd edək ki, “Barselona” La Liqanın 14 oyunundan sonra 24 xalla 8-ci yerdə qərarlaşıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI