Lionel Messi karyerasında növbəti möhtəşəm cərimə zərbəsi qoluna imza atıb.
Apasport.az xəbər verir ki, argentinalı ulduz MLS-də “İnter Mayami”nin səfərdə “Kolumbus Kru”ya 1:2 hesabı ilə uduzduğu matçda komandasının yeganə qolunu vurub. Messi çox çətin bucaqdan birbaşa cərimə zərbəsini dəqiq yerinə yetirib.
Bu, 39 yaşlı hücumçunun peşəkar karyerasında birbaşa cərimə zərbəsindən vurduğu 76-cı qol olub.
Messi bununla futbol tarixində cərimə zərbəsindən ən çox qol vuran oyunçular siyahısında lider Marselinyo Kariokaya bir qədər də yaxınlaşıb. Braziliyalının hesabında 78 belə qol var.
Messi daha 2 cərimə zərbəsi qolu vuracağı halda göstəricini təkrarlayacaq, 3 qol vurarsa siyahıda təkbaşına önə keçəcək.
Siyahının ilk pillələri belədir:
Marselinyo Karioka – 78,
Lionel Messi – 76,
Jair Roza Pinto – 74,
Roberto Dinamite – 73,
Juninyo və Sinişa Mixayloviç – 72 qol.