“Barselona” Fatini yenə itirdi
21.01.2022 - 09:11
İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletik”ə məğlub olan (əlavə vaxtda 2:3) “Barselona” daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hücumçu Ansu Fati növbəti dəfə sıradan çıxıb.
Qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olan gənc forvard cəmi 35 dəqiqə meydanda qala bilib və sol ayağından xəsarət alaraq əvəzlənib. Meydanı göz yaşları içində tərk edən 20 yaşlı oyunçunun durumu tibbi müayinənin ardından müəyyənləşəcək.
Qeyd edək ki, 2020-ci ilin noyabrında dizindən zədə alan Ansu Fati ötən ilin sentyabrına qədər yaşıl meydanlardan uzaq qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0