Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı ABŞ-ın Las-Veqas şəhərində keçirilən “UFC Fight Night: Rosas Jr. vs. Barcelos” turnirində “The Ultimate Fighter 34”ün bantam çəki üzrə finalına çıxıb.
Apasport.az xəbər verir ki, Osmanlı həlledici döyüşdə Qırğızıstan təmsilçisi İlimbek Akylbek Uulu ilə qarşılaşıb. Görüş ilk raundda gözlənilməz şəkildə başa çatıb.
Döyüşün 2-ci dəqiqə 19-cu saniyəsində Məhəmmədəli yerdə olan rəqibinin baş nahiyəsinə qaydalara zidd diz zərbəsi endirib. Zərbədən sonra Akylbek Uulu mübarizəni davam etdirə bilməyib.
Hakim Kerri Hatli döyüşü dayandıraraq Osmanlını diskvalifikasiya edib və qələbəni Qırğızıstan təmsilçisinə verib.
Beləliklə, İlimbek Akylbek Uulu TUF 34-ün bantam çəki üzrə qalibi olub. Osmanlının isə 9 döyüşdən ibarət qələbə seriyası başa çatıb.
Qeyd edək ki, 22 yaşlı Məhəmmədəli Osmanlı TUF 34-də yarımfinalda Kristian Stronqu, 1/4 finalda isə Artem Belaxı məğlub edərək finala yüksəlmişdi.
- Merabı arxadan vurdu – 1 ilədək həbs oluna bilər
- Keçmiş UFC çempionu hücuma məruz qalıb - NURMAQOMEDOV TƏRƏFİNDƏN
- UFC-də qalmaqal: Karlos Prates İslam Maxaçevi qorxaqlıqda ittiham etdi
- Fərman Həsənov UFC-də ilk məğlubiyyətini aldı – Döyüş həkim qərarı ilə dayandırıldı
- Volkanovski kəmərini qorudu, EVLOYEVİN SERİYASI QIRILDI