“Barselona”nın prezidenti Joan Laporta PSJ-nin hücumçusu Kilian Mbappe və Dortmund “Borussiya”sının qolçusu Erlinq Halandın mümkün transferini dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, klub rəhbəri onların gəlişinin mümkün olmadığını düşünür.
Laportanın fikrincə, Mbappe və Halandın maliyyə tələblərini qarşılamaq real deyil: “Biz heç bir halda bu iki oyunçunun şərtləri ilə tələb olunan məbləğləri ödəməyə razılaşmayacağıq. Onların hər ikisi “Barselona” ilə müqavilə imzalamaqdan çox uzaqdır”.
Qeyd edək ki, Laporta daha əvvəl PSJ-də çıxış edən sabiq kapitanları Lionel Messini qaytarmağı düşünmədiklərini söyləyib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq