“Səhvlər inkişafın bir hissəsidir. Ancaq “Bazel”in futbolçuları ölkə çempionatının ötən turundakı səhvlərinin təkrarlanmasına yol verə bilməz”.
Apasport.az saytının məlumatına görə, bunu “Bazel”in əfsanəvi futbolçusu Aleksander Frey komandanın İsveçrə Super Liqasının XVI turunda “Lozanna” (1:1) ilə matçını dəyərləndirərkən deyib.
42 yaşlı sabiq forvard sevimli komandasının Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçirəcəyi görüşə də toxunub. O, Avropa arenasında mübarizə aparmağın vacibliyini vurğulayıb: “Futbolçular üçün avrokubok oyunu hər zaman xüsusidir. Rəqibin “Mançester Yunayted” və ya “Qarabağ” olmasının fərqi yoxdur. Rəqibin kimliyindən asılı olmayaraq, bu belədir”.
Qeyd edək ki, dekabrın 9-da “Sankt-Yakob Park”da keçiriləcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Pley-offa vəsiqəni təmin edən hər iki komandanın aktivində 11 xal var. “Qarabağ” qrup birinciliyi üçün səfərdə qalib gəlməlidir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI