“Bursaspor”da mövsümün geridə qalan hissəsinin ən yaxşı futbolçuları açıqlanıb.
Apasport.az xəbər verir ki, Bursa klubuna yaxınlığı ilə bilinən bursaspordabugun.com saytı TFF I Liqasında komandaya ən çox xeyir verən oyunçularla bağlı araşdırma aparıb.
O qədər də uğurlu mövsüm keçirməyən “Bursaspor”un ən yaxşılarından biri də Azərbaycan millisinin hücumçusu Namik Ələskərovdur. 26 yaşlı ön xətt oyunçusu yayda keçdiyi komandanın heyətində 4 qol, 4 məhsuldar ötürmə ilə buna nail olub. Onunla yanaşı, belçikalı hücumçu Massimo Bruno da eyni göstəriciyə imza atıb.
O da bildirilib ki, Namiklə Massimonun oyundan-oyuna daha parlaq performans ortaya qoyması “Bursaspor” azarkeşlərini ümidləndirir.
Qeyd edək ki, “Bursaspor” hazırda 18 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI