“Çelsi”də 5 itki
07.12.2021 - 19:43
“Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin son turu ərəfəsində ciddi itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Tomas Tuxel açıqlayıb.
O bildirib ki, “Zenit”lə sabah keçiriləcək matçı 5 futbolçu buraxacaq. Bunlar Ben Çiluell, Nqolo Kante, Jorjinyo Frello, Mateo Kovaçiç və Trevo Çalobadır.
Uzun müddətdir zədə üzündən kənarda qalan Kovaçiçiç meydana qayıdışına koronavirus səbəb olub. Onun bugünkü testi müsbət nəticə verib.
Qeyd edək ki, “Zenit” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0