“El Klasiko”da dünya rekordu
31.03.2022 - 09:11
Qadınlar arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” - “Real” oyunu tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, “Nou Kamp” stadionundakı “El Klasiko”nu 91 min 553 tamaşaçı izləyib.
Bu say qadın futbolu tarixində yeni dünya rekordudur. Görüş “Barselona”nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da rəqibini 3:1 hesabı ilə məğlub edən kataloniyalılar yarımfinalda “Arsenal” – “Volfsburq” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 21-də Turində keçiriləcək. “Barselona” turnirin son qalibidir.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0