“Everton”un hücumçusu Cenk Tosun yenidən Türkiyəyə qayıdacaq.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı forvardın budəfəki dönüşü birdəfəlik olacaq.
Çünki Türkiyə millisinin üzvü zədədən sonra heç cür əvvəlki formasını bərpa edə bilmir. Liverpul klubu müqavilə müddəti mövsümün sonuna qədər olan Cenkə yeni sözləşmə təklif etməyəcək. Yayda azad agent statusuna malik olacaq forvard yenidən “Beşiktaş”da çıxış edəcək. Britaniya mətbuatı onun “ağ-qaralar”la ilkin razılığa gəldiyini yayıb.
Qeyd edək ki, “Everton”a “Beşiktaş”dan keçən Cenk Tosun ötən ilin ilk 6 ayını icarə əsasında İstanbul klubunda keçirib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA