Millimiz Çexiya ilə heç-heçə etdi - YENİLƏNİB
25.09.2026 - 19:43
Millimiz Çexiya ilə heç-heçə etdi - YENİLƏNİB

Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız doğma meydanda Çexiya millisi ilə qarşılaşıb.

Görüş Masazırdakı “Bank Respublika Arena”da baş tutub. Matçı irlandiyalı baş hakim Aaron O'Doud idarə edib.

Qarşılaşmanın start fiti saat 17:45-də səslənib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan U-21 millisi seçmə mərhələdə növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.

Avropa Çempionatı
Seçmə mərhələ
25 sentyabr
17:45. Azərbaycan U21 - Çexiya U21 1:1

"Bank Respublika Arena"