“Latsio” baş məşqçisi Maurisio Sarri ilə müqaviləni uzatmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi ilə 63 yaşlı mütəxəssis arasında danışıqlar davam edir.
Sarri İtaliya klubunun sahibi və prezidenti Klaudio Lotito ilə də görüşüb. Onlar yaxın müddətdə daha bir neçə dəfə müzakirələr aparacaq.
Öncədən Sarri ilə uzunmüddətli yeni müqavilə bağlanacağı gözlənilirdi. Lakin A seriyasının “Roma” ilə görüşündəki 0:3 hesablı məğlubiyyətdən sonra yeni anlaşmanın qısa müddəti əhatə etməsinə qərar verilib.
Qeyd edək ki, Sarrinin indiki müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq