“Lester” Rocersə əvəzləyici tapdı
09.02.2022 - 15:54
“Lester”in baş məşqçi postuna namizəd bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Cennaro Qattuzonun namizədliyini nəzərdən keçirir.
Premyer Liqa təmsilçisinin rəhbərliyi uğursuz nəticələr üzündən narazı qaldığı Brendan Rocersi italiyalı mütəxəssislə əvəzləmək fikrindədir. Şimali irlandiyalı 2019-cu ilin fevralından “tülkülər”ə rəhbərlik edir. Hazırda onun yetirmələri 20 oyunda 26 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Qattuzo “Syon”, “Palermo”, “Piza”, “Nyukasl” və “Fiorentina”da çalışıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0