İngiltərə “Lids”i mövsümün sonunda baş məşqçisini dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin Marselo Byelsa ilə müqaviləsi başa çatacaq.
Klub rəhbərliyi 66 yaşlı mütəxəssisin işindən razı olduğu üçün onu saxlamaq fikrindədir. Lakin argentinalı çalışdırıcı yeni anlaşma imzalamağa tələsmir.
Bu üzdən də “Lids” onu əvəzləyə biləcək məşqçi axtarışına başlayıb. Namizədlər siyahısında “Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverde, “Zalsburq”un əvvəlki çalışdırıcısı Cessi Marş, vaxtilə Byelsanın köməkçisi işləmiş “Haddersfild”in məşqçisi Karlos Karberan yer alıb.
Qeyd edək ki, 22 oyunda 23 xal toplayan “Lids” Premyer Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA