Avropanın “böyük beşlik” ölkələrində cari mövsüm çempionat matçlarının hər birində qol vurmağı bacaran komandaların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Top-5” liqalarda cəmi 5 komanda oyunların hamısında fərqlənə bilib.
İspaniya La Liqasında heç bir klub bunu bacarmayıbsa, əvəzində İtaliya A seriyasının iki təmsilçisi rəqiblərinin hamısının qapısına yol tapıb. Bunlar əzəli rəqiblər “Milan”la “İnter”dir. “Rossonyerlər” A seriyasının 16 matçında 35, “neradzurra” isə 39 qola imza atıb.
İngiltərə Premyer Liqa təmsilçilərindən yalnız “Liverpul” keçirdiyi 15 qarşılaşmanın hər birində rəqibini mərkəzə dəvət edib. 44 qol vurmasına rəğmən “qırmızılar” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Almaniya Bundesliqasının şəriksiz lideri “Bavariya” 14 görüşdə 45 qol vurub. Münhen təmsilçisinin hələ fərqlənmədiyi matç yoxdur.
Fransa Liqa1-də böyük klubların fonunda yalnız “Brest” bunu ənənə halına sala bilib. Turnir cədvəlinin 10-cu pilləsində yer alan “Brest” 25 qolu 17 oyuna bacarıb.
Müqayisə üçün qeyd edək ki, cari mövsüm Azərbaycan Premyer Liqasında da bütün görüşlərdə fərqlənən klub var. Bu, qış fasiləsinə bir tur qalmış üçüncü yerdə gedən “Zirə”dir. Çempionatın ən məhsuldar 2-ci komandası olan paytaxt təmsilçisi 13 matçda 22 qolla diqqət çəkib.
Premyer Liqanın lideri “Qarabağ”ın bu seriyası isə XII turda qırılıb. Ağdamlılar noyabrın 29-da “Qəbələ” ilə görüşdə qolsuz bərabərə qalıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI