“Mançester Siti”dən 6,5 milyonluq təklif
16.02.2022 - 00:00
“Atletiko Mineyro”nun futbolçusu Savio Moreyra karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 17 yaşlı hücumçu “Mançester Siti”nin maraq dairəsinə düşüb.
Premyer Liqa təmsilçisi gənc braziliyalı üçün 6,5 milyon avro ödəməyə razıdır. Mançesterlilər bundan əlavə bonuslar verməyə də hazırdır.
“Şəhərlilər” Savionu aldıqdan sonra icarəyə verməyi planlaşdırır. Bunun üçün ən uyğun variant PSV sayılır.
Qeyd edək ki, “Arsenal”la “Zalsburq” da Savionu transfer etmək istəyir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0