“Mançester Yunayted” yarımmüdafiəçisi Andreas Pereyra ilə birdəfəlik yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 26 yaşlı orta sahə oyunçusunu “Flamenqo”ya satıb.
Braziliya klubu icarə əsasında komandada çıxış edən milli üzvünün transfer hüquqlarına yiyələnib. Pereyra bu gün komanda ilə yeni uzunmüddətli müqavilə bağlayacaq. Anlaşmaya əsasən, “Mançester Yunayted” “sambaçı”nın növbəti satışından 25 faiz alacaq. İngiltərə klubunun bu transferdən qazandığı məbləğ açıqlanmayıb.
Qeyd edək ki, Andreas Pereyra 2021-ci ilin yayında bir mövsüm üçün 1 milyon avroya icarəyə götürülüb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA