“Mançester Yunayted”in Kriştiano Ronaldonu heyətində saxlamaq istəyinin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi mövsümün sonunda gerçəkləşəcək ABŞ turnesindəki qazancını itirmək istəmir.
Bu səfər mövsümöncəsi hazırlıq çərçivəsində baş tutacaq. 2019-cu ildən sonra ilk dəfə okeanın o tayına yollanacaq mançesterlilər bu turnedə 24 milyon avro əldə etməyi planlaşdırır.
37 yaşlı hücumçunun gedişi bu məbləğin azalması ilə nəticələnəcək. Bu üzdən klub rəhbərliyi yayda komandadan ayrılacağı gözlənilən forvardı saxlamaq üçün əlindən gələni etməyə hazırdır.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı