“Mançester Yunayted” heyətinə gənc yarımmüdafiəçi qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun siyahısında iki futbolçunun adı var.
Böyük britaniyalılar “Barselona”nın 17 yaşlı futbolçusu Qavinin transferində maraqlıdır. Onun 2023-cü ilin yayına qədər olan müqaviləsindəki satış qiyməti 50 milyon avrodur. Mançesterlilər onu müqaviləsini yeniləməmiş ələ keçirmək istəyirlər.
İngiltərə klubunun digər planı Varren Bondo ilə bağlıdır. “Nansi”nin 18 yaşlı futbolçusunun müqaviləsi yayda başa çatacaq. Premyer Liqa klubu istedadı azad agent kimi sıralarına qatmaq niyyətindədir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI