“Mançester Yunayted”in oyunu təxirə salındı - SƏBƏB
14.12.2021 - 10:50
İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bunu yarışın təşkilatçıları açıqlayıb.
XVII turun “Brentford” və “Mançester Yunayted” arasında matçı qeyri-müəyyən müddətə təxirə düşüb. Buna Mançester təmsilçisindəki koronavirusa yoluxanların sayının artması səbəb olub.
Klub rəhbərliyi məşq bazasını bir sutkalıq bağlayıb. Testi müsbət nəticələnənlər təcrid olunublar.
Qeyd edək ki, ötən həftə “Tottenhem”də yoluxanlar olduğu üçün oyunu təxirə salınıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0