Rusiyanın “Spartak” klubunun Çempionlar Liqası ilə vidalaşması qonşu ölkədə müzakirələrə səbəb olub.
Apasport.azs aytının məlumatına görə, Moskva klubunun Portuqaliya “Benfika”sı ilə III təsnifat mərhələsinin hər iki matçında uduzması (0:2, 0:2) fərqli yanaşmalar diqqət çəkir.
Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov da məğlubiyyətə biganə qalmayıb. Onun müqayisəsi kifayət qədər maraqlı alınıb: “Bunu rüsvayçılıq saymaq olmaz, darmadağın olmadı. Amma Moskva və Lissabondakı oyunların məzmunu... Bəzən belə deyirlər: “Mersedes” və “Moskviç”. Bu müqayisəni sevmirəm. Amma yerinə düşür”.
Qeyd edək ki, “Spartak” Avropa Liqasına yuvarlanıb.