Uğursuz mövsüm keçirən “Neftçi” qış fasiləsində heyətində “təmizləmə işləri” aparmağı planlaşdırır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, rəhbərlik yola salmaq istədiyi əcnəbi futbolçuların adlarını müəyyənləşdirib.
Bakılılar konkret olaraq 3 legionerlə vidalaşmaq fikrindədir. Yeni transferlər həyata keçirmək mümkün olsa, müdafiəçi Uqo Basto, yarımmüdafiəçi Xorxe Korrea və hücumçu Harramiz Soareşin müqaviləsinə xitam verilməsi məsələsi gündəmə gələcək.
Adıçəkilən oyunçulara özlərinə klub tapmaları üçün artıq tapşırıq verilib. Yay fasiləsində heyətə cəlb edilən Basto və Korrea əsas heyətdə özlərinə yer edə bilmirlər. Xüsusən də, argentinalı yarımmüdafiəçi “Neftçi”yə gəldiyi gündən zədəsini sağaltmaqla məşğuldur.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada Uqo Basto 7, Harramiz Soareş 3, Anxel Korrea isə 2 oyunda iştirak edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI