“Neftçi”nin futbolçusuna 1 milyon təklif etdi – “Olimpiakos”
23.08.2021 - 14:34
“Olimpiakos” Mamdu Kanedən əl çəkmir.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Yunanıstan klubu “Neftçi”nin legionerinə yeni təklif göndərib.
Ellada təmsilçisi Çempionlar Liqasınn II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “ağ-qaralar”ın qvineyalı yarımmüdafiəçisinə əvvəlkindən daha yüksək şərtlər irəli sürüb.
Öncə “Neftçi”yə 250 min dollar təklif edən “Olimpiakos” indi 1 milyon ödəməyə hazırdır.
0
0