"Neftçi" PFK-ya texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Apasport.az saytının məlumatına görə, AFFA-nın 17 yaşadək futbolçular arasında keçirdiyi çempionatda qayda pozuntusu baş verib.
Ötən turda baş tutan "Neftçi" İK - "Neftçi" PFK (0:3) oyununda qonaq komanda meydana sarı vərəqə cəzalısı olan futbolçunu buraxıb.
Maraqlıdır ki, "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elman Sultanov da bundan xəbərsizdir. Saytımıza açıqlamasında cəzalı futbolçu oynatmadıqlarını bildirib: "Kim sizə deyib, bilmirəm. Bizdə cəzalı futbolçu olmayıb".
Mənbəmizdən aldığımız məlumata görə, AFFA-nın İntizam Komitəsinin növbəti iclasında bu oyunla bağlı qərar açıqlanacaq (fanat.az).
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA