Portuqaliya çempionatında növbəti qalmaqal yaşanıb.
Apasport.az saytının məlumatına görə, ölkə futbolunun nəhəngləri “Porto” ilə “Sportinq”in qarşılaşması yenə dava-dalaşla nəticələnib.
Cəmi 5 ay öncə I dövrədəki görüşləri qalmaqala səbəb olan rəqiblər bu dəfə XXII turda üz-üzə gəlib. 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra iki komandanın futbolçuları arasında kütləvi dava düşüb.
Baş hakim oyundan sonra da qırmızı vərəqələr göstərib. Demək olar ki, hər iki komanda münaqişədə tam heyətlə iştirak edib. Ən fəallardan olan “Porto”nun müdafiəçisi Pepe də qırmızı vərəqə alanlardan olub. Azarkeşlər də davaya qoşulmaq istəsə də, mühafizə xidməti buna imkan verməyib.
Qeyd edək ki, oyunun gedişində 0:2 hesabı ilə geridə olan “Porto” əzmkar heç-heçə edib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA