“Qalatasaray” tezliklə yenidən baş məşqçi postunda dəyişikliyə gedə bilər.
Apasport.az saytının məlumatına görə, Domenek Torrenin fəaliyyəti klub rəhbərliyini qane etmir.
Fatih Terimin yerinə gətirilən ispaniyalı mütəxəssis də komandanı uğursuzluq zolağından çıxarmaqda acizdir. “Sarı-qırmızılılar” Super Liqanın XXV turunda “Kayserispor”u da məğlub edə bilməsə, “cim-bom”un İdarə Heyəti çalışdırıcının gələcəyini müzakirəyə çıxaracaq.
Qeyd edək ki, ötən ay baş məşqçi postuna təyin olunan Domenek Torrenin rəhbərliyi altında “Qalatasaray” Super Liqada 4 oyun keçirib, aktivinə cəmi 1 xal yazdırıb.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”