AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.
“Neftçi” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub.
“Qarabağ” – “Qəbələ” matçında meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədilib. Bu üzdən Ağdam klubu 4000 manat cərimələnib. Qonaqların azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanacaq.
“Keşlə” – “Sabah” qarşılaşmasında 5 oyunçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat ziyana düşüb. “Sabah”ın qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat ödəyəcək.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol