“Qarabağ” bir addım gerilədi
09.12.2021 - 10:10
Çempionlar Liqasının qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın yalnız bir klubu ilk “100-lük”də yer alıb.
Bu, Ağdamın “Qarabağ” klubudur. Qurban Qurbanovun yetirmələri 25,000 xalla Avropada 60-cı yerə şərikdir.
Təmsilçimiz Türkiyə “Başakşəhər”i ilə eyni göstəriciyə malikdir. Bu cütlük ötən siyahı ilə müqayisədə bir addım geriləyib.
Qeyd edək ki, cədvələ 133,000 xala malik “Bavariya” başçılıq edir. “Mançester Siti”nin 124,000, “Liverpul”un 122,000 xalı var.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0