Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Qarabağ”da ilk dubluna imza atıb.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu buna Ağdam klubunda keçirdiyi 47-ci matçda nail olub.
Rusiya futbolunun yetirməsi olan forvard Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” ilə görüşündə fərqlənib. Ramil komandasının 6:0 hesabı ilə qalib gəldiyi görüşün hər hissəsində bir qol vurub.
O, həm də Azərbaycan kubokunda qol hesabını açıb. Bunadək 3 kubok görüşünə çıxan forvard rəqib qapılarına yol tapmamışdı.
Maraqlıdır ki, Ramil son qolunu da “Keşlə”yə vurmuşdu. O, ötən il noyabrın 19-da Premyer Liqadakı 1:0 hesablı qələbədə əsas pay sahibi olub.
Şeydayev “Qarabağ”da bunadək 46 oyun keçirmişdi. Bu matçlarda ona dubl etmək müyəssər olmayıb. Hücumçu ümumilikdə 47-ci görüşdə qol sayını 8-ə çatdırıb. O, Premyer Liqada 29 oyunda 4, kubokda 4 görüşdə 2, avrokuboklarda 14 matçda 2 dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” bu qələbə ilə yarımfinala yüksəlib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA