"Qarabağ"ın oyunu təxirə salındı
14.02.2022 - 11:02
Azərbaycan Premyer Liqasının XVI turunun “Qarabağ” – “Sumqayıt” oyunu təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə fevralın 17-də və 24-də keçiriləcək matçları nəzərə alaraq, quruma müraciət edib. “Qarabağ” bu görüşlərə daha yaxşı hazırlaşmaq məqsədilə “Sumqayıt”la fevralın 20-dəki görüşün təxirə salınmasını istəyib.
Bunu müsbət cavablandıran PFL “Sumqayıt”ın da razılığını rəhbər tutaraq, matçın mayın 12-nə keçirilməsini qərara alıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0