“Qarabağ”ın rəqibi bəlli oldu
11.12.2021 - 16:53
Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha bir cütü bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın rəqibi “Keşlə” – “Qaradağ Lökbatan” görüşündə müəyyənləşib.
Öz meydanında 2:1 hesablı əzmkar qələbə qazanan elita təmsilçisi 1/4 finala yüksəlib. Həmin mərhələ çərçivəsində komandalar gələn il fevralın 1-də “Qarabağ”ın, 12-də isə “Keşlə”nin meydanında üz-üzə gələcək.
Qeyd edək ki, fevralın 2-də və 13-də 1/4 finalın “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” cütləri qarşılaşacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0