“Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub.
Apaasport.az saytının məlumatına görə, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycanın vitse-çempionu pley-offda “Marsel”lə (Fransa) qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələrinin rəqibi bugünkü püşkatmada müəyyənləşib. Qrup mərhələsində ikinci olan “Qarabağ”ın Avropa Liqasından üçüncü yer sahibi olan rəqibi ilə ilk matçı səfərdə keçirəcək.
Bu görüş gələn il fevralın 17-də baş tutacaq. Bir həftə sonra keçiriləcək cavab görüşü Bakıda təşkil olunacaq.
Qeyd edək ki, pley-offun qalibləri 1/8 finala yüksələcək. Qrup qaliblərinin birbaşa yüksəldiyi bu mərhələnin püşkü fevralın 25-də atılacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI