İseçrə mətbuatı “Bazel”in Konfrans Liqasında düşdüyü qrupu dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, yerli KİV püşkatmanın nəticəsinin “Qarabağ”ın rəqibi üçün sevindirici olmadığı qənaətindədir.
İsveçrəlilər, xüsusən də, “Bazel”in Qazaxıstan və Azərbaycana səfər etməsinin ciddi problemə yol açacağını düşünür: “Kayrat” və “Qarabağ”la eyni qrupda yer almaq “Bazel” üçün şanssızlıqdır. Çünki bu komandalar Avropa xəritəsinin sərhəddində olan ölkələri təmsil edirlər. Bu baxımdan yol yorğunluğu qaçılmazdır”.
Qeyd edək ki, “Bazel” qrupda ilk oyununu sentyabrın 16-da Bakı Olimpiya Stadionunda “Qarabağ”a qarşı keçirəcək.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib