“Zirə” ilə qarşılaşmada məzmunlu oyuna şahid olduq”.
Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Qurnik” (Leçna) klubunun baş məşqçisi Kamil Keres deyib.
Mütəxəssis Antalya toplanışında “Zirə”yə qarşı keçirilən matçı dəyərləndirib: “Cəmi üç gündür burdayıq. Toplanışın əvvəli ağır olur. Bəzi oyunçular fasilə dövründə ikinci matça çıxırdısa, digərləri ilk dəfə şans qazandır. Matçın ilk yarısı daha gərgin keçdi. Qayda pozuntuları, mübahisəli epizodlar da çox oldu. Bizə oyuna nəzarət etmək çox çətin idi. Amma ümumilikdə uğurlu oynadıq. Qol vurduq və önə də keçdik. Bu görüşdə yaxşı yerinə yetirdiyimiz və alınmayan məqamlar oldu ki, hamısını analiz etməliyik. Daha bir qol vursaq da, ikisini buraxmışdıq. İkinci hissədə rəqib qapısında daha çox imkan yaratdıq. Toplanışın əvvəlində qalib gəlmirik, amma uduzmuruq da. Bu göstərir ki, hələ üzərində işləməli çox şeylər var”.
Qeyd edək ki, “Zirə” – “Qurnik” matçı 2:2 hesabı ilə başa çatıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı