“Real” Kurtuaya əvəzləyici gətirir
10.02.2022 - 23:25
“Real” yeni qapıçı almağa qərar verib.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Tibo Kurtuaya əvəzləyici almaq istəyir.
Madrid klubu bu məqsədlə David Ospinanı heyətinə qatmaqda maraqlıdır. Kolumbiyalı qolkiperin “Napoli” ilə müqaviləsi bu ilin yayında başa çatacaq. “Kral klubu” Ospinanı azad agent kimi əldə etmək imkanından yararlanmağı planlaşdırır.
Qeyd edək ki, cənubi amerikalı 2019-cu ildə “Arsenal”dan “Napoli”yə keçib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0