Azərbaycan kubokunun “Sabah” – “Neftçi” matçında qalmaqal baş verib.
Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə matçın sonlarında yaşanıb.
Münaqişə “Neftçi”nin futbolçusu Eddi İsrafilovun Aleksey İsayevə qarşı qayda pozuntusundan sonra başlayıb. Baş hakim Rəvan Həmzəzadə qonaqların futbolçusuna sarı vərəqə göstərib.
Aleksey isə rəqibinə yaxınlaşaraq onu vurub. Buna görə ona qırmızı vərəqə göstərildikdən sonra “Sabah”ın oyunçuları və məşqçiləri hadisə yerinə axışıblar.
Qapıçı Səlahət Ağayev də Voislav Stankoviçi vurub və buna görə qırmızı vərəqə alıb. Baş məşqçi Murad Musayevin də çılğınlığı eyni cəza ilə başa çatıb. Hakim onun “Neftçi”dəki həmkarı Samir Abasov və meydan sahiblərinin üzvü Coy-Lens Mikelsə sarı vərəqə verib.
Qeyd edək ki, hadisəyədək “Neftçi” 3:1 hesabı ilə öndə olub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA