“Sabah” qış fasiləsinə yollanmamış daha bir futbolçu ilə yollarını ayırıb.
Apasport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, qapıçı Saşa Stamenkoviç paytaxt klubu ilə vidalaşıb.
Serbiyalı qolkiper Premyer Liqanın XIV turunda “Səbail”lə bu gün keçiriləcək matçdan sonra rəsmən yola salınacaq. 36 yaşlı Stamenkoviçin müqaviləsinə xitam verilməsi üçün rəhbərliyə müraciəti müsbət qarşılanıb.
Qeyd edək ki, Saşa Stamenkoviç 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. İndiyə qədər 67 matçda (Premyer Liqa – 63, ölkə kuboku - 4 oyun) şans qazanan qolkiper bu sahədə klubun rekordçusudur.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub