“Səbail” heyətinə yeni futbolçu cəlb edib.
Apasport.az saytının məlumatına görə, Tural Bayramlı Bakı klubuna qoşulub.
Paytaxt təmsilçisi 24 yaşlı yarımmüdafiəçini transfer etdiyini bəyan edib. Yunanıstan klubu “Pierikos”la danışıqlar müsbət yekunlaşıb və Premyer Liqanın autsayderi “Sumqayıt”ın yetirməsini transfer etməyə müvəffəq olub. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. Tural yeni komandasında 39 nömrəli formanı geyinəcək.
Bayramlı ölkəmizdə həmçinin “Keşlə”, “Zirə”, Latviyada isə “Dauqavpils”in formasını geyinib.
Qeyd edək ki, “Səbail” qış fasiləsində Rəşad Əzizli və Hüseynəli Quliyevi də heyətinə qatıb.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi