"LANDAU Lions" məşqçilər korpusuna Səbuhi Hacıyevi cəlb edib
25.09.2026 - 17:32
"LANDAU Lions" məşqçilər korpusuna Səbuhi Hacıyevi cəlb edib

"LANDAU Lions" komandası məşqçilər korpusunu idman həkimi Səbuhi Hacıyevlə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uzun illərdir müxtəlif federasiya, klublar və idmançılarla çalışan mütəxəssis eyni zamanda Azərbaycan millisinin də həkimidir.