“Top-20”də - Lukaku
22.08.2021 - 23:18
Romelu Lukaku İngiltərə Premyer Liqasının tarixinin ən yaxşı 20 bombardiri siyahısına düşüb.
Apasport.az saytının məlumatına görə, “Çelsi”nin belçikalı hücumçusu “Arsenal”la oyunda 114-cü qolunu vurub.
O, bu qolları “Çelsi”, “Vest Bromviç”, “Everton” və “Mançester Yunayted”in heyətində rəqib qapısından keçirib. Lukaku qol sayında keçdiyi İan Raytı “Top-20”dən kənarlaşdırıb.
Lukaku həm ev, həm səfər oyunlarında 50 və ya daha çox qol vuran 8-ci qeyri-ingiltərəli futbolçudur.
0
0