Alvaro Morata mövsümün sonunda “Yuventus”u tərk edəcək.
Apasport.az saytının məlumatına görə, “qoca sinyora” İspaniya millisinin üzvünü birdəfəlik transfer etmək fikrində deyil.
Hazırda icarə əsasında Turin klubunda çıxış edən 29 yaşlı forvard müqavilə ilə məxsus olduğu “Atletiko”ya qaytarılacaq. Çünki italyanlar onun üçün tələb olunan 35 milyon avronu ödəməyə razı deyil. Müqaviləyə salınan bəndə əsasən, “Yuve” forvardı yalnız bu məbləğə transfer edə bilər. Klub rəhbərliyi hücum xəttini başqa oyunçularla gücləndirmək niyyətindədir.
Qeyd edək ki, Alvaro Morata bu mövsüm A seriyasında 15 oyunda 3 qol vurub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI