“Zirə” ilə görüşdə 45 dəqiqə oynadım. Bu, çox ağır bir hissə oldu”.
Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Qurnik” (Leçna) klubunun futbolçusu Marsel Vendrıxovski deyib.
“Zirə” ilə Antalyadakı yoxlama oyununda komandasının ilk qolunun assistinin müəllifi matç barədə fikirlərini açıqlayıb: “Zirə”nin bu səviyyədə rəqib olduğunu gözləyirdik. Çalışdıq ki, mümkün olan hər şeyi edək. Hesab edirəm ki, hazırlıq dövründəki çıxışımı müsbət hesab etmək olar. Lakin yoxlama oyunları və çempionatı fərqlidir. Ən önəmlisi də çempionatdakı çıxışımızdır”.
Qeyd edək ki, Türkiyədə ikinci yoxlama oyununu keçirən “Zirə” 2:2 hesablı heç-heçəyə imza atıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı