“Simurq” “Torpedo”nun bombardiri ilə müqavilə bağlayıb
31.08.2009 - 11:28
Zaqatalanın “Simurq” klubu daha bir futbolçunu sıralarına qatıb. Apasport.az saytının məlumatına görə, Belarusun “Torpedo” klubunun hücumçusu Andrey Şeryakov karyerasını Azərbaycanda davam etdirəcək. Jodino təmsilçisinin ən yaxşı bombardiri olan 27 yaşlı futbolçu artıq zaqatalalılarla müqavilə də imzalayıb. Cari mövsüm Belarus çempionatında 7 qol vuran Andrey ən məhsuldar oyunçular siyahısında 6-cı yerdədir.
Qeyd edək ki, Şeryakov karyerası ərzində Belarusun “Qramit”, “Zvezda”, “Dinamo” (Brest) və “Darida” klublarında çıxış edib.
Qeyd edək ki, Şeryakov karyerası ərzində Belarusun “Qramit”, “Zvezda”, “Dinamo” (Brest) və “Darida” klublarında çıxış edib.
- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0