Ponomaryov “Orduspor”da qaldı
07.07.2010 - 10:14
Azərbaycan yığmasının sabiq futbolçusu Anatoli Ponomaryov Türkiyənin “Orduspor” klubuna qayıdıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçumuz I liqa təmsilçisinin yeni mövsüm üçün hazırlığına qatılıb.
“Orduspor”un yeni baş məşqçisi Uğur Tütünəkər fikrindən daşınaraq, Ponomaryovun qalmasını istəyib. Hərçənd, komandada baş məşqçi dəyişikliyindən sonra həmyerlimizin gedişi gündəmə gəlmişdi. Hər halda, Tütünəkər ona lazım olmayan futbolçular arasında Anatolinin da adını göstərmişdi.
Qeyd edək ki, “Orduspor” iyulun 11-də Boluya iki həftəlik təlim-məşq toplanışına yollanacaq.

- DÇ-2026: Portuqaliya millisinin HEYƏTİ BƏLLİ OLDU
- DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
- DÇ-2026: Heyətdə tanış adlar: Bakambu, Banza, Masuaku
- DÇ-2026: Avstriya millisinin heyəti bəlli oldu
- Qvardiola gedir, keçmiş köməkçisi gəlir: “Siti”də yeni dövr
0
0