Karlo Ançelotti baş məşqçi kimi Çempionlar Liqasında 100-cü qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, “Real”ın italiyalı çalışdırıcısının yubileyi həmyerliləri ilə matça təsadüf edib.
Onun yetirmələri “İnter”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ançelotti 100 qələbəni 8 klubun sükanı arxasında qazanıb.
Mütəxəssis “Milan”la 42, “Real”la 24, “Çelsi” ilə 10, “Bavariya” ilə 7, PSJ ilə 6, “Napoli”ylə 5, “Parma”yla 4, “Yuventus”la 2 dəfə qalib gəlib. O, turnirin tarixində 100 və daha çox qələbə qazanan 3-cü baş məşqçidir.
Qeyd edək ki, Aleks Ferqyuson 115, Arsen Venger 103 qələbə sevinci yaşayıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI